Phone: +90 537 2727090
  • 13-May-2024, 18:08
  • Admin
  • 42

Karabük Universitetində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 101 illiyi qeyd olunub

 

Karabük Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunub.

“Bir millət, iki dövlət” şüarı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən Karabük Azərbaycanlıları Həmrəylik, Mədəniyyət və İncəsənət Dərnəyinin İdarə Heyətinin sədri Eşqin İsmayılov çağdaş Azərbaycanın qurucusu və xilaskarı Heydər Əliyevin Türkiyə ilə əlaqələrə hər zaman böyük əhəmiyyət verdiyini bildirib: “Əsası Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr bu gün də davam edir. Azərbaycan müstəqilliyini bərpa edəndə onu ilk tanıyan ölkə qardaş Türkiyə oldu. 2021-ci ildə Qarabağın işğalına son verən 44 günlük Vətən savaşında, işğaldan sonra Qarabağın yenidən qurulmasında Türkiyə yanımızda oldu”.

Daha sonra Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Karabük Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin rəisi Özcan Büyükgenç, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyaya nümunə olduğunu vurğulayıblar.

Bədii hissə ilə davam edən tədbir yarışlarda uğur qazanan idmançılara və proqramda əməyi olanlara təşəkkürnamələrin verilməsi ilə başa çatıb.




Benzer